İstifadə qaydaları

Hörmətli, saytımızın qonaqları. Saytımızı ziyarət etdiyiniz üçün sizə minnətdarıq.
Ümid edirik ki, bizim saytımızın daimi istifadəçilərindən olacaqsınız.


Saytda qeydiyyatdan keçdikdə, elan verdikdə, elanlara şərh verdikdə aşağıdakı qaydalarla tanış olmağınız xahiş olunur.

Bütün istifadəçilər üçün - Qeydiyyat

Saytda qeydiyyatdan keçən zaman, Siz istifadəçi qaydaları ilə tanış olduğunuzu təsdiqləməlisiniz. İstifadəçi qaydalarını təsdiqlənməsi, istifadəçinin mövcud bütün qaydalarla tanış olduğunu və razılaşdığını sübut edir.

Ümumi qaydalar:

  • Elan kateqoriyası, elan mövzusuna uyğun düzgün seçilməlidir;
  • Elanın müddəti bitənə qədər (30 gün) silib, yenidən yerləşdirmək qadağandır;
  • Qadağan olunmuş əmtəə satışı ilə məşğul olmamalısınız.
  • Elan başlığı və onun məzmunu latın hərfləri ilə tərtib olunmalıdır, translitdən istifadə - (rus sözlərinin latın hərfləri ilə yazılması, və ya, əksinə) qəti qadağandır;
  • Elan başlığı (Təcili, Satılır, Kredit, Alıram və s.) kimi sözlərdən ibarət olmamalıdır. 
  • Elan başlığında ancaq elanın adı qeyd edilməlidi. Başlıqda qiymətin, telefon nömrəsinin və s. məlumatların qeyd edilməsi qadağamdır.
  • Elan təsvirində əlaqə telefonunun, sayt ünvanlarının (facebook, instagram linkləri daxil olmaqla) göstərilməsi qadağandır;
  • Elanda Elansayti.az saytının nüfuzuna zidd (erotika, ədəbsiz ifadələr və.s) məzmun olmamalıdır;
  • Elanların böyük hərflərlə doldurulması qadağandır ("Caps Lock" qoşulmuş vəziyyətdə)

Satıcılar üçün - Elan vermək

Saytda elan verən zaman aşağıdakı qaydalara riayət edilməlidir:

1) Elan şəkilləri sırf əlavə edilən elana məxsus olmalıdır.
2) Elan şəkilləri internetdən yüklənmiş olmamalıdır.
3) Şəkilsiz elanlar qəbul edilmir.
4) Elan şəkilləri üzərində - e-mail, telefon nömrəsi və s. məlumatlar əks olunarsa, bu elan yoxlamadan keçməmiş sayılacaq.
5) Elan verən zaman nəzərə almaq lazımdır ki, bir elan yalnız bir məhsul üçün olmalıdır. Bir elan daxilində bir neçə məhsulun qeyd edilməsi qadağandır və bu elan yoxlamadan keçməmiş sayılacaqdır.
6) Reklam xarakterli elanlar yerləşdirmək qadağandır.


DİQQƏT!!!  Əgər sizin elanınız, və ya, istifadəçi hesabınız saytda tapılmasa, bu o deməkdir ki, siz qaydaları pozmusunuz. Elan əlavə edən zaman hər hansı bir qayda pozuntusu aşkar olunduqda, elan silinəcək və bu barədə sizin E-mail ünvanınıza bildiriş məktubu göndəriləcəkdir. Bildiriş məktubunda elanın hansı səbəbdən silindiyi göstəriləcəkdir.

Əgər siz hesab edirsinizsə ki, elan səhvən silinib, və ya, istifadəçi hesabınız səhvən BAN (BAN - sayta daxil olmanı əngəlləmək deməkdir) edilib, o zaman +994(50) 289-40-77, +994(55) 741-00-03 əlaqə telefonu (1-5-ci günlər, Bakı vaxtı ilə saat 10:00-dan 19:00-dək) və ya [email protected] e-mail ünvanı vasitəsilə Məlumat xidmətinə müraciət edə bilərsiniz.

Mövcud qaydalara istənilən zaman əlavələr edilə, və ya, dəyişikliklər edilə bilər. Xahiş olunur ki, İstifadəçi qaydalarını daim izləyəsiniz.

Şikayətinizi daxil edin
Mesajınız *
Navigator
Daxil ol
Şifrəni unutmusunuz? Remind